...

Vəkillər Kollegiyası azad edilmiş ərazilərdə vəkil bürolarının yaradılması üçün hökumətə müraciət edib

Cəmiyyət Materials 11 Aprel 2023 12:08 (UTC +04:00)
Vəkillər Kollegiyası azad edilmiş ərazilərdə vəkil bürolarının yaradılması üçün hökumətə müraciət edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vəkillər Kollegiyası işğaldan azad edilmiş ərazilərdə vəkil bürolarının yaradılması ilə əlaqədar hökumətə müraciət edib.

Trend-in məlumatına görə, bunu bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, sözügedən müraciətdə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə şəhər planlaşdırılmaları zamanı vəkil büroları üçün yerlər müəyyən olunsun: “Çünki vəkillərin fəaliyyəti üçün mütləq binalar, ofislər olmalıdır. Onlar vətəndaşları bu bürolarda qəbul etməlidirlər. Əminəm ki, biz bu sahədə hökumətlə əməkdaşlıq edəcəyik və lazımi şərait yaradılacaq”.

A.Bağırov vurğulayıb ki, zərurət yarandıqda Azərbaycan vəkilləri bu ərazilərdə hüquq-müdafiə fəaliyyətlərini həyata keçirirlər və getdikcə bu fəaliyyət daha da genişlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti