...

Xaçmazda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş qızlar arasında şahmat turniri təşkil edilib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2023 20:30 (UTC +04:00)
Xaçmazda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş qızlar arasında şahmat turniri təşkil edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı, Xaçmaz Rayon İcra Hakimiyyəti, Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının dəstəyi ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızlar arasında şahmat turniri və ustad dərsləri keçirilib.

Trend xəbər verir ki, ustad dərsləri şahmat üzrə Azərbaycanın beynəlxalq qrossmeysterləri Zeynəb Məmmədyarova və Şəhriyar Məmmadyarov tərəfindən keçirilib.

Turnirdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan qızlar iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci ümavini Anar Oruclu və Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Azərbaycanda şahmatın inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd edilib ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Xaçmaz rayonunda təşkil olunan turnir qızlar arasında intelektual oyuna marağın təşviqi, asudə vaxtın səmərəli təşkil edilməsi, onlarda analitik düşünmə qabilyyətinin formalaşdırılması məqsədi daşıyıb.

Rəsmi hissədən sonra qaliblər kubok, medal, fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti