...

Bayram namazının vaxtı açıqlanıb

Cəmiyyət Materials 19 Aprel 2023 11:41 (UTC +04:00)
Bayram namazının vaxtı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ramazan bayramı namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, Təzə Pir Məscidində bayram namazı aprelin 21 və 22-də qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti