...

Boloniya Universiteti ilə ADA Universiteti arasında əməkdaşlıq kənd təsərrüfatının stabil inkişafını təmin edəcək - Rektor

Cəmiyyət Materials 25 Aprel 2023 17:46 (UTC +04:00)
Boloniya Universiteti ilə ADA Universiteti arasında əməkdaşlıq kənd təsərrüfatının stabil inkişafını təmin edəcək - Rektor
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Boloniya Universiteti ilə ADA Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın başlaması bu sektorun stabil inkişafını təmin edəcək.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Boloniya Universitetinin rektoru Covanni Molari İtaliya-Azərbaycan Universiteti çərçivəsində ADA Universiteti və Boloniya Universitetinin kənd təsərrüfatının və qida sisteminin idarə olunması üzrə birinci qısamüddətli birgə sertifikasiya proqramının açılış mərasimində deyib.

"Boloniya universiteti ən qədim universitetlərdən biridir. Universitetimiz digər universitetlər tərəfindən innovasiyalara açıqdır. ADA Universiteti ilə birgə yaradılmış bu proqram əməkdaşlığımızı möhkəmləndirməyə və mübadilə üzrə tələbələrin sayını artırmağa imkan verəcək. Hazırda bizim üçün daha çox akademik proqramlar hazırlamaq və birlikdə iki ölkənin kənd təsərrüfatı və qida sektorlarını yaxşılaşdırmaq imkanları yaranır", - deyə C.Molari əlavə edib.

Xatırladaq ki, 2 aprel 2022-ci ildə İtaliya-Azərbaycan Universitetinin tikintisi barədə sənəd imzalanıb və bu ali təhsil ocağının binasının təməlqoyma mərasimi baş tutub.

Qeyd edək ki, ADA Universiteti artıq İtaliyanın beş universiteti ilə əməkdaşlıq edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti