...

Sabah paytaxtın iki rayonunda qaz fasilə ilə veriləcək

Cəmiyyət Materials 25 Aprel 2023 16:40 (UTC +04:00)
Sabah paytaxtın iki rayonunda qaz fasilə ilə veriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin 4-cü km-də yol keçidinin quraşdırılması ilə bağlı, 26 aprel saat 09:00-dan işlər başa çatanadək "Qum Məişət(Qİİ)", "Alko", "Naximov", "Müşviq əhali", "Gilan", "Quru Yük Limanı", "Dəniz donanması", " F-centr", "Azərsu Nəqliyyat" və "Zığ gəmi təmiri" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşfiq, Qvardiya və Azadlıq küçələrində, həmçinin Suraxanı rayonunun Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti