...

Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq - Nazir müavini

Cəmiyyət Materials 26 Aprel 2023 11:05 (UTC +04:00)
Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq - Nazir müavini
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələdən dərs çıxarmalıyıq.

Trend xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəmizdə zəlzələyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və monitorinqlərin keçirilməsi lazımdır: "Çünki zəlzələdən heç bir dövlət sığortalanmayıb. Türkiyədə bir neçə saniyəyə 50 mindən çox insan həlak oldu. Bu hadisənin dəhşətindən xəbər verir. Təkcə FHN-in xilasediciləri 53 insanı dağıntılar altından xilas edib", - deyə general qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti