Bakı. Trend:
Ölkəmizdə elan olunan “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC, Gəncə Şəhər İcra Hakimiyyəti və “Azəralüminium” MMC-nin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.
Gəncə ŞİH-dən Trend-ə verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin təbiətə olan diqqət və qayğısı ənənəsini yaşatmaq məqsədilə təşkil edilən aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə, “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov və digər rəsmilər iştirak ediblər.
Ölkəmizdə ekoloji tarazlığın bərpası, ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərin davamı olaraq aksiya iştirakçıları tərəfindən Gəncə Alüminium Kompleksinin ərazisində 500 ədəd eldar şamı ağacı əkilib.