Bakı. Trend:
Bakıda 13 yaşlı oğlan itkin düşüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Rezervuar küçəsi, ev 7-də baş verib. Həmin ünvanda yaşayan Kərimli Firəngiz Tofiq qızı Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət edərək, onunla birlikdə yaşayan oğlu 2010-cu il təvəllüdlü Kərimli Elmar Elnur oğlunun mayın 1-də saat 10 radələrində evdən çıxıb geri qayıtmadığını bildirib.
Faktla bağlı Xətai RPİ-nin 34-cü PŞ-də araşdırma aparılır.