...

"Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masa təşkil olunub

Cəmiyyət Materials 19 May 2023 17:56 (UTC +04:00)
"Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masa təşkil olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

19-21 may 2023-cü il tarixlərdə "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi təşkil edilir.

Trend xəbər verir ki, konqresin proqramına əsasən, bugün Gülüstan sarayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masa təşkil olunub.

Tədbirdə vaxtilə Klivlend klinikasında Ulu Öndər Heydər Əliyevin həkimi olan məşhur kardioloq Prof. Dr. Murat Tuzcu Konqresin fəxri qonaq qismində iştirak edib.

Qeyd edək ki, dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirə ediləcəyi Konqresin rəsmi açılış mərasimi 20 may, saat 11:30-da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti