...

Ümummilli Lider İrsi düşərgəsi başlayıb (FOTO)

Cəmiyyət Materials 31 May 2023 13:05 (UTC +04:00)
Ümummilli Lider İrsi düşərgəsi başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən “Gənclərin Liderlik Akademiyası3” Ümummilli Lider İrsi düşərgəsi başladı!

Beş gecə, altı gün ərzində keçiriləcək olan düşərgə 2023-cü il iyirmi beş – otuz May tarixlərində təşkil olunacaq.

Düşərgə zamanı TedX formatında görüşlər, liderlik, komanda quruculuğu, effektiv ünsiyyət vərdişləri və.s mövzular çərçivəsində təlimlər, əyləncəli enercayzerlər, dövlət və özəl qurum nümayəndələri və təlimçilərlə görüşlər həyata keçiriləcək.

Həmçinin, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunacaqlar. Hər günün sonunda gənclər üçün konsert proqramı planlaşdırılır.

Şəki şəhəri, “Heydər Əliyev” mərkəzində həyata keçirilən və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlının nitqi ilə başlayan açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri Çingiz Əsgərli və Şəki şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Sadiq Yusiflinin çıxışı ilə yekunlaşdı.

Rəsmi hissə bitdikdən sonra “Heydər Əliyev İli” çərçivəsində hazırlanan video-çarx təqdim edildi və istedadlı gənclərimizin “Dərbəndi” rəqsi izlənilib, səsləndirdikləri “Ey Vətən!” nəğməsi dinləndi.

İlk günün yekununda iştirakçıların təəssüratları müzakirə edildi və əyləncəli,musiqili proqram baş tutdu.

9 May tarixində elan olunan düşərgəyə 750-dən çox gənc müraciət edib. Düşərgənin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar tövsiyələri nəzərə alınmaqla, yalnız COVİD-19 pasportu olan şəxslərin iştirakı təmin edilib.

Xəbər lenti

Xəbər lenti