...

Nazir Zemfira Meftahətdinovanın yerinə onu təyin etdi (FOTO)

Cəmiyyət Materials 1 İyun 2023 17:28 (UTC +04:00)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.

Trend xəbər verir ki, artıq Z.Meftahətdinovanın yerinə təyinat olub.

Belə ki, polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib. Mövlud Mirəliyev 2020-ci ildə DİN-in İdman Cəmiyyətinin baş inspektor vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti