...

Taksi qiymətlərinin artması ilə tıxac problemi tənzimlənəcək? (VİDEO)

Cəmiyyət Materials 13 İyun 2023 16:15 (UTC +04:00)
Taksi qiymətlərinin artması ilə tıxac problemi tənzimlənəcək? (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Trend-ə müsahibəsində taksi qiymətlərinin artması,ictimai nəqliyyatdan istifadə, tıxac probleminin həlli mövzusunda ünvanlanan sualları cavablandırıb.

"Taksi qiymətlərinin artması ilə bağlı müzakirələr gedir. Burada hədəf qiymətlərin artırılması deyil, dövlət tərəfindən bu sahədə baş verən xaosun qarşısı alınarkən sözsüz ki, müəyyən qaydalar, şərtlər irəli sürülür. Əsas hədəf taksi fəaliyyətinin təkmilləşdirilməsidir.

Sözsüz ki, taksilərin sayını çox olması arzuolunan hal deyil. Hazırda Bakı şəhərində 40 minə yaxın taksi sürücüsü fəaliyyət göstərir. Ümumi respublika üzrə bu rəqəm 67 mindir. Bu göstərici heç də ürəkaçan deyil. Buna görə də proses hansısa formada tənzimlənməlidir. Bu qədər taksinin hərəkətdə olması yollarda tıxaca səbəb olur. Taksiləri yoldan yığışdıran kimi tıxac azalacağı fikri yalnışdır", - deyə o bildirib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti