...

Keçmiş hərbçilərin pensiyaları artmır - Fazil Mustafa

Cəmiyyət Materials 16 İyun 2023 11:07 (UTC +04:00)
Keçmiş hərbçilərin pensiyaları artmır - Fazil Mustafa
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2000-ci ilə qədər hərbi xidmət keçmiş hərbçilərin pensiya kapitalı yığılmadığı üçün onların pensiyası artmır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, hərbçilərimizin hüquqlarını qorumaq lazımdır.

“2000-ci ilə qədər hərbi xidmət keçmiş hərbçilərin pensiya kapitalı yığılmadığı üçün onların pensiyası artmır. Bu gün birinci zərbəni öz üzərinə sərhəd qoşunları, hərbçilərimiz götürür. Əlahiddə xidmət edən insanların hər hansı şikayəti olmamalıdır. Onların konkret şikayəti üzrə konkret addımlar atılmalıdır. Bu istiqamətdə bütün qurumların dərhal özünə aid məsuliyyəti anlaması lazımdır. Hərbçini incidəcək heç bir fəaliyyət olmamalıdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti