...

Avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiqdən necə yararlanmaq olar?

Cəmiyyət Materials 20 İyun 2023 10:40 (UTC +04:00)
Avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiqdən necə yararlanmaq olar?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

“BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir.

Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqinin təqdimatı mərasimində çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, www.bakikart.az saytı ilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur.

“İstifadəçilər yalnız qeydiyyatdan keçdiyi mobil nömrə və şifrə daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. “BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm də “Google Play Store”da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və yaxud qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək olar", - deyə o qeyd edib.

Qeyd edək ki, mobil tətbiq iyulun 1-dən tam istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti