...

Zaqatalalı abituriyentlər AzMİU haqqında məlumatlandırılıblar (FOTO)

Cəmiyyət Materials 20 İyun 2023 14:18 (UTC +04:00)
Zaqatalalı abituriyentlər AzMİU haqqında məlumatlandırılıblar (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları “Kainat” Tədris Mərkəzinin Zaqatala filialının təşkilatçılığı ilə Zaqataladan olan abituriyentlərlə görüşüblər.

Tədbirə “Kainat” Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev, Şəki-Zaqatala Regional Təhsil şöbəsinin nümayəndələri, AzMİU-nun Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları Aynurə Bayramova, Rəna Cəbrayılova, Zaqatala filialının abituriyentləri və bölgə məktəbliləri qatılıblar.

Görüşdə AzMİU-nun tanıtımı həyata keçirilib. Bölgə məktəblilərinə universitetin maddi-texniki bazası, ixtisasları, beynəlxalq əlaqələri, ikili diplom layihələri, tələbə həyatından danışılıb, bukletlər paylanılıb.

AzMİU haqqında geniş məlumatlandırmadan sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti