...

Bayram namazının vaxtı AÇIQLANDI

Cəmiyyət Materials 22 İyun 2023 11:04 (UTC +04:00)
Bayram namazının vaxtı AÇIQLANDI

Bakı. Trend:

İyun ayının 28-də məscidlərdə Bayram namazı qılınacaq.

Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qurban bayramı ilə bağlı fətvasında deyilir.

Qeyd edilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir.

"Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq", - fətvada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti