...

Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb (FOTO)

Cəmiyyət Materials 23 İyun 2023 11:16 (UTC +04:00)

Bakı. Trend:

Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb

Bu barədə Baş prokuror Kamran Əliyev "Biznes və insan hüquqları konteksində şəffaflığın təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı məlumat verib.

K.Əliyev bildirib ki, kitab Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanıb. Vəsait artıq bir çox biznes subyektlərinə təqdim edilib.

Vurğulanıb ki, qeyd olunan vəsait milli qanunvericilik beynəlxalq hüquq normaları ilə müqayisəli şəkildə təhlil edilərək və bir sıra beynəlxalq təcrübələrdən faydalanaraq hazırlanıb.

Xəbər lenti

Xəbər lenti