...

İsveçrədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

Cəmiyyət Materials 24 İyun 2023 16:45 (UTC +04:00)
İsveçrədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

Bakı. Trend:

İsveçrədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova iyunun 26-da İsveçrənin paytaxtı Bern şəhərinə səfər edəcək.

Səfər çərçivəsində Milli Məclisin deputatı Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bu ölkədə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər iyulun 2-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti