...

Azərbaycanda bayram namazı qılınır (FOTO)

Cəmiyyət Materials 28 İyun 2023 09:08 (UTC +04:00)
Azərbaycanda bayram namazı qılınır (FOTO)

Bakı. Trend:

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınır.

Trend xəbər verir ki, “Əjdərbəy” məscidində bayram namazı saat 08:00-da başlanıb.

Namazda əhali və bir sıra din xadimləri iştirak edir.

“Təzə Pir” məscidində isə bayram namazı saat 09:00-dan etibarən qılınmağa başlanıb.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 28-29 iyun tarixlərində qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti