...

Həftəsonu milli parklarda hava necə olacaq?

Cəmiyyət Materials 28 İyul 2023 13:02 (UTC +04:00)
Həftəsonu milli parklarda hava necə olacaq?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Iyulun 29-30-da milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Samur–Yalama milli parkında hava şəraiti əsasən yağmursuz keçsədə, lakin səhər saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, 29-da günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-30°isti olacaq.

Altıağac milli parkı
Havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-28° isti olacaq.

Ağgöl milli parkı
Ağgöl milli parkına yollanmaq istəyənləri əsasən yağmursuz hava şəraiti gözləsədə, 30-da axşama doğru yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, 29-da arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq.

Qızılağac milli parkı
Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləsədə, 30-da axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°isti, gündüz 30-34° isti olacaq.

Göygöl milli parkı
Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq.

Şirvan milli parkı
Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.

Hirkan milli parkı
Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləsədə, 30-da axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°isti, gündüz 30-34° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti