...

Naxçıvanda yol polisi reyd keçirdi

Cəmiyyət Materials 30 Avqust 2023 10:42 (UTC +04:00)
Naxçıvanda yol polisi reyd keçirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər keçirilib.

Naxçıvan DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reydlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobillərin sürücüləri ilə qanuna müvafiq tədbirlər görülməklə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalarının vacibliyi barədə tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti