...

I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşada (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2023 15:10 (UTC +04:00)
I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşada (YENİLƏNİB) (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığı ziyarət edib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, onlara kütləvi məzarlıqla bağlı məlumat verilib

Qeyd edək ki, avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

xxx

13:55

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səfər "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Səfərin təşkil olunmasında məqsəd itkin düşən şəxslərin yaxınlarının döyüşdüyü torpaqları ziyarət etməkdir. Səfər çərçivəsində Şuşa şəhərinin gəzintisi və Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlığın ziyarət edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti