...

Əlinin şücaətlərinə həsəd aparırdım - Şəhidin döyüş yoldaşı

Cəmiyyət Materials 11 Sentyabr 2023 16:46 (UTC +04:00)
Əlinin şücaətlərinə həsəd aparırdım - Şəhidin döyüş yoldaşı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Füzuli. Trend:

Əli çox cəngavər,vətənə bağlı döyüşçü idi.

Trend xəbər verir ki, bu barədə otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun döyüş yoldaşı Rəhman Əliyev deyib.

"Onun döyüş şücaətlərini görürdük. Şəxsən mən onun döyüş yoldaşı olaraq, onun şücaətlərinə həsəd aparırdım. Çox döyüş yoldaşlarımız təsdiqləyər ki, Əli bir neçə əsgərimizi mühasirədən çıxarıb. Biz gözləyirdik ki, o sağ-salamat qayıdar. Allah bütün şəhidlərimizə rəhmət eləsin",- deyə o, əlavə edib.

Qeyd edək ki, otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Yağlıvənd kəndində torpağa tapşırılıb.

Hüseynov Əli Heydər oğlu 1968-ci il avqust ayında Füzuli rayonu Yuxarı Yağlıvənd kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-cü ilin avqustunda Füzulidə gedən döyüşlər zamanı itkin düşüb. Ötən illər ərzində isə ailəsi ondan heç bir xəbər ala bilməyib. Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları keçən il Xocavənd rayonunun Edilli kəndi ərazisində tapılan 12 şəxsin basdırıldığı üçüncü kütləvi məzarlıqda aşkar edilib. Həmin məzarlıqda erməni vəhşiliyinə məruz qalan, məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə basdırılmış 12 insan qalığı tapılıb. Kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunub. Bu faktlar onu göstərir ki, erməni qəsbkarları əsir götürdüyü azərbaycanlıları xüsusi zorakılıqla qətlə yetirib və kütləvi basdıraraq cinayət izlərini ört-basdır etməyə çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti