...

Xaçmazda ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2023 17:38 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz rayonunda ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev tələbə adını qazanan məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb. Məzunlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb.

Görüşdə məlumat verilib ki, Xaçmaz rayonu üzrə bu il məktəbi bitirən məzunlardan 530 nəfəri tələbə adını qazanıb. Qəbul olunanlardan 51 nəfər 500-dən, 5 nəfər isə 600-dən çox bal toplayıb.

Müəllimlər və məzunlar təhsilimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti