...

Paytaxtın bu prospektində yeni yerüstü piyada keçidi tikilir (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2023 15:23 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təm­in etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piy­ada keçidi inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, yeni yerüstü piyada keçidi Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində tikilir.

Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hü­ndürlüyü 5.8 metr tə­şkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.

Prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfi­ndə yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nə­zarət otağının tikintisi, piyada keçidin­in ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti