...

Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibənin nəticəsi məlum olub

Cəmiyyət Materials 12 Sentyabr 2023 17:46 (UTC +04:00)
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibənin nəticəsi məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vəzifələrinin tutulması üçün 12 sentyabr 2023-cü ildə keçirilmiş müsahibənin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, 42 namizəddən 9 nəfəri müsahibəni uğurla keçib, 2 nəfəri isə müsahibədə iştirak etməyib.

11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələdə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılır.

Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində isə qadın dini ayinlərin icraçısı seçimi baş tutub.

Qeyd edək ki, 3 may - 3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə komissiyası hər biri ilahiyyatçı olmaqla 7 nəfər üzvdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti