...

Pilotlarımız səmada “Xarıbülbül” çəkdi (VİDEO)

Cəmiyyət Materials 27 Sentyabr 2023 16:33 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkəti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızın xatirəsini yad edib.

AZAL-ın pilotları səmada Azərbaycanın torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi - Xarı-bülbül çiçəyinin konturunu çəkiblər.

Hər il sentyabrın 27-də ölkəmizdə şəhidlərimizə ən yüksək hörmət əlaməti kimi Anım Günü qeyd olunur. Birliyimiz üçün şəhidlik zirvəsinə ucalan igid oğullarımızın Anım Günü milli iradənin, milli ruhun və ləyaqətin təntənəsi günüdür. Xarı-bülbül isə qürur, qələbə və əbədiyyət nümunəsidir.

Hava gəmisinin qeyri-adi marşrutu dünyanın bütün təyyarələrinin uçuş trayektoriyalarının qeydə alındığı xüsusi saytda – “FlightRadar”da nümayış etdirilib.

Bu möhtəşəm təsvir “Azərbaycan Hava Yolları”nın “Laçın” adlı “Airbus 320neo” təyyarəsi ilə yaradılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti