...

Füzuli və Cəbrayılda tikinti işləri aparılır

Cəmiyyət Materials 2 Oktyabr 2023 17:30 (UTC +04:00)
Füzuli və Cəbrayılda tikinti işləri aparılır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Böhrandan sonra hər bir bərpa prosesləri fərdi olur. Bərpa və yenidənqurma proseslərində daha da Dayanıqlı şəhərlərin qurulması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu fikirləri MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda panel çıxışında deyib.

O, bu ilin fevralında Türkiyədə baş verən yeraltı təkanların qeydə alınan fəsadlara Azərbaycanın göstərdiyi dəstəkdən danışıb.

"Azərbaycan vətəndaşlarının xüsusilə aşağı gəlirli ailələrin sosial rifahının və mənzil şəraitinin yaxşılaşdırılması ölkə başçısının prioritet məsələlərindəndir. Bu məqsədlə MİDA fəaliyyətinə başlamışdır. Fəaliyyətdə olduğu 7 il ərzində 7 layihənin icrası həyata keçirilib. 7 il ərzində 8463 ailə mənzillə təmin edilib. Bu mənzillərdən yeddi mini Bakıda, mindən çoxu isə regionlarda yerləşir. Yaxın iki il ərzində daha 7 min ailənin mənzillə təminatı proqramlaşdırılır", deyə aparat rəhbəri əlavə edib.

F.Qurbanlı onu da qeyd edib ki, MİDA-nın Bakı, Sumqayıt, Yevlax, Gəncə və işğaldan azad edilən Füzuli və Cəbrayılda tikinti işləri aparılır:

"Burada 5 mindən çox inşa prosesi aparılacaq ki, orada məktəb binaları da nəzərdə tutulur. Eyni zamanda Cəbrayılda 32 binada 712 mənzilin inşası nəzərdə tutulub. Layihələndirmə zamanı iş yerinə yaxınlıq, yaşıllıq ərazilərin abadlaşması, uşaq meydançalarının da olmasına diqqət edilir. Güzəştli mənzillərin əldə edilməsi onlayn olur və hazırda 30 mindən çox şəxs qeydiyyatdan keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti