...

İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Cəmiyyət Materials 10 Oktyabr 2023 12:28 (UTC +04:00)
İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində İsmayıllı şəhər sakini Tural Mahmudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan bükümlərdə heroin, tiryək, qurudulmuş marixuana, eləcə də preqabalin və metadon həbləri aşkar edilərək götürülüb. Araşdırma zamanı T.Mahmudovun həmin narkotik vasitələri satış məqsədilə üzərində gəzdirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti