...

Azərbaycanda aliment ödəyicilərinin sayı açıqlandı

Cəmiyyət Materials 25 Oktyabr 2023 11:03 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda aliment ödəyicilərinin sayı açıqlanıb.

Trend-in xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Bakının 12 rayonu üzrə 26463, Azərbaycanın bölgələri üzrə 58157 aliment ödəyicisi var.

Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır.

Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şə kildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur.

Xəbər lenti

Xəbər lenti