...

Özəl şirkətlər kadr hazırlığında iştirak etmir, amma hazır kadrların ən yaxşıları onlara qismət olur - Rektor

Cəmiyyət Materials 1 Noyabr 2023 15:42 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Kadr hazırlığının keyfiyyətinin artırılması üçün yeni ixtisaslar, yeni ixtisaslaşmalar gəlməlidir və bunların gətirilməsi çevik olmalıdır.

Trend xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev "Təhsilin İnkişafı Forumu 2023"də deyib.

"Həmçinin, kimsə ixtisasını dəyişmək istəyir, əlavə təhsil almaq istəyir. Bu təcrübə bakalavr səviyyəsində olsa da, lakin magistratura səviyyəsində yoxdur.

Digər tərəfdən, ali təhsil müəssisələrinin tələbələri üçün təcrübə keçmək formal xarakter daşıyır. Təcrübə keçən tələbəyə sənayedə diqqət lazımi səviyyədə olmur. Bu barədə düşünmək lazımdır. Təcrübəyə keçən tələbələr selektiv şəkildə getməlidir, yoxsa hamı birdən göndərilməlidir? Çünki təcrübə keçmək kadr hazırlığında çox önəmli rol oynayır. Özəl şirkətlərin özləri kadr hazırlığında bilavasitə iştirak etmir. Yəni, maliyyə ayırmırlar. Hazır kadrların ən yaxşıları isə onlara qismət olur. Bu yaxşıdır. Amma özəl sektor da prosesdə iştirak etsə, kadr hazırlığına töhfə vermiş olarlar", - deyə o əlavə edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti