...

DYP-nin reydində əlavə neqativ hallar aşkarlandı: Sürücü siqareti yerə atdı

Cəmiyyət Materials 6 Noyabr 2023 20:31 (UTC +04:00)
DYP-nin reydində əlavə neqativ hallar aşkarlandı: Sürücü siqareti yerə atdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə keçirdikləri reyd zamanı bir sıra əlavə neqativ hallar aşkarlanıb.

Trend xəbər verir ki, paytaxtın Azadlıq prospektində keçirilən nəzarət tədbirləri zamanı aşkarlanmış nöqsanlar sürücülərin, eləcə də digər hərəkət iştirakçılarının diqqətinə çatdırılıb.

Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, reyddə məqsəd cəmiyyətdə düzgün ictimai qınaq formalaşdırmaq, küçələri, prospektləri avtomobillərdən tullantılar atmaqla çirkləndirən, ətrafdakı insanlara hörmətsiz münasibət göstərən şəxslər, eləcə də avtomobillərin üzərinə lüzumsuz yazılar, ifadələr yazmaqla digər sürücülərin diqqətini çəkən, ətrafdakı insanların hüquqlarına, maraqlarına, ictimai mövqelərinə uyğun olmayan tərzdə hər hansı fikri çatdırmağın da istər qanunvericilik çərçivəsində, istərsə də mənəvi baxımdan kifayət qədər ciddi məsuliyyət formalaşdırdığını sürücülərin diqqətinə çatdırmaq olub:

“Hər bir kəsi bu cür hərəkətlərdən çəkinməyi xahiş edirik. Sürücülərdən əsasən xahişimiz budur ki, avtomobillərini texniki saz vəziyyətində idarə etsinlər, özlərinin və ətrafdakı insanların həyat və sağlamlıqlarına diqqət yetirsinlər, yol hərəkəti iştirakçısı kimi lazımsız ifadələri avtomobillərin üzərində gəzdirməsinlər. Buraya müxtəlif şəkillər, yazılar və digər xoşagəlməz çağırışlar aiddir. Belə tədbirlər paytaxtın digər ərazilərində də mütəmadi keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti