...

Yeni doğulan körpələrin sayı açıqlandı

Cəmiyyət Materials 17 Noyabr 2023 18:10 (UTC +04:00)
Yeni doğulan körpələrin sayı açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə alınıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,4-dən 11,2-yə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Doğulan körpələrdən 2574-ü əkiz, 102-si üçəm, 4-ü isə dördəm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti