Bakı. Trend:
31 il öncə Zabuxu ağlaya-ağlaya, acı hisslərlə tərk etmişəm.
Bunu Trend-ə açıqlamasında Laçın rayonunun Zabux kənd sakini Sona Əbdülova deyib.
Onun sözlərinə görə, indi isə sevinə-sevinə, gülə-gülə Zabuxa geri dönür.
"Artıq bizim üçün orada şərait yaradılıb. Həsrətində olduğumuz kəndimizdə yaşauacağıq. Allah Prezidentimizi var eləsin, şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin", - deyə o bildirib.
Qeyd edək ki, bugünkü (18.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 71 ailə (291 nəfər) köçürülüb.