...

Abşeronda ətraf mühiti çirkləndirən sahibkar barəsində protokol tərtib olundu

Cəmiyyət Materials 20 Noyabr 2023 20:27 (UTC +04:00)
Abşeronda ətraf mühiti çirkləndirən sahibkar barəsində protokol tərtib olundu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xırdalanda ətraf mühiti məişət tullantıları ilə çirkləndirən sahibkar barəsində protokol tərtib olunub.

Trend xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti birgə tədbir zamanı Xırdalan şəhərində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti