...

Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə cinayət işi başlandı

Cəmiyyət Materials 27 Noyabr 2023 14:48 (UTC +04:00)
Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə cinayət işi başlandı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 8 rayon və şəhərində qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı, habelə torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Tərtər rayonu ərazisində yerləşən ”Tərtərçay”, İmişli rayonu ərazisində yerləşən “İmişli”, Yevlax rayonu ərazisində yerləşən “Mingəçevir”, Quba rayonu ərazisində yerləşən “Qudyalçay”, Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında, eləcə də, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I”, Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt”, Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında, müxtəlif hüquqi və vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 6 milyon manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti