...

Cadenza Contemporary Orchestra “Yaddaş#3:Terra Memoria” adlı konsertini keçirib (FOTO/VİDEO)

Cəmiyyət Materials 4 Dekabr 2023 13:05 (UTC +04:00)
Cadenza Contemporary Orchestra “Yaddaş#3:Terra Memoria” adlı konsertini keçirib (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Cadenza Contemporary Orchestra Beynəlxalq Muğam Mərkəzində növbəti “Yaddaş#3:Terra Memoria” adlı növbəti konsertini keçirib.

Trend xəbər verir ki, konsertdə yaradıcılığı XX əsrin sonları - XXI əsrin əvvəllərinə təsadüf edən Gerard Grisey, Brian Ferneyhough, Klaus Huber və Kaija Saariahonun əsərləri ifa olunub.

Orkestrin daha əvvəl keçirdiyi “Yaddaş”, “Yaddaş 2” konsertləri kimi bu konsertin də xüsusi mənası, konsepti var idi. Belə ki, konsert əsasən bu il vəfat etmiş çağdaş musiqinin əsas imzalarından biri olan Kaija Saariahonun xatirəsinə həsr olunmuşdu. Elə konsertin adı da bəstəkarın “Terra Memoria” əsərindən götürülüb.

Konsertdə G.Griseyin “Charme”, Kaija Saariahonun “Callices”, Brian Ferneyhoughun “Lemma-İcon-Epigram”, Klaus Huberin “Fragmente aus Frühling” əsərləri solistlər Məhəmmədəli Paşazadə (klarnet), Fəridə Məmmədova (soprano), Qleb Xoxlov (violin, viola), Rəna Fəhradova (piano), Humay Qasımzadənin (piano) ifasında Azərbaycanda ilk dəfə səslənirdi. Sonda Cadenza Contemporary Orchestra Meri Çeminavanın dirijorluğu ilə “Terra Memoria” əsərini ifa etdi. Çağdaş musiqinin ən xüsusi əsərləri dinləyiciləri musiqi tarixinin yeni səhifəsi ilə tanış edərək, onların yaddaşında yeni bir səhifə yaratdı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.

Xəbər lenti

Xəbər lenti