...

AMEA-nın prezidenti Türkiyə Elmlər Akademiyasında çıxış edib

Cəmiyyət Materials 6 Dekabr 2023 04:36 (UTC +04:00)
AMEA-nın prezidenti Türkiyə Elmlər Akademiyasında çıxış edib

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) Baş Assambleyasında iştirak və çıxış edib.

AMEA-dan Trend-ə bildirilib ki, Türkiyə Elmlər Akademiyası Baş Assambleyasının Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş açılış iclasını TÜBA-nın başqanı professor Müzəffər Şəkər açıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yubiley iclasında “Azərbaycan və Türkiyənin inkişafında “Bir millət – iki dövlət” modeli” mövzusunda məruzə ilə çıxış edib.

Bundan başqa, TÜBA-nın yubileyi mərasimində Qazaxıstan, Rumıniya, Bosniya və Herseqovina Elmlər akademiyalarının rəhbərləri də çıxış ediblər.

Baş Assambleyanın iclasında Türkiyə Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti