...

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi rəhmət və ehtiramla yad edirik - Türkiyə MN

Cəmiyyət Materials 12 Dekabr 2023 12:52 (UTC +04:00)
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi  rəhmət və ehtiramla yad edirik - Türkiyə MN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Ümummilli Lideri mərhum Heydər Əliyevi vəfatının 20-ci ildönümündə rəhmət və ehtiramla yad edirik.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkədə hesabında qeyd edilib.

"Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" sözünü miras kimi nəsildən-nəslə ötürəcək, Azərbaycan Türk qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti