...

Təcili yardım maşınlarının gec gəlməsi ilə bağlı işlər görüləcək - Zaur Əliyev

Cəmiyyət Materials 14 Dekabr 2023 11:23 (UTC +04:00)
Təcili yardım maşınlarının gec gəlməsi ilə bağlı işlər görüləcək - Zaur Əliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təcili yardım maşınlarının gec gəlməsi ilə bağlı işlər görüləcək.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, agentliyin məqsədi sığorta çərçivəsində qarşılanan tibbi xidmətləri əhali üçün əlçatan etməkdir.

“Agentlik tərəfindən görülən bütün tədbirlər vətəndaşlara vaxtında, keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Bu səbəbdən də Agentlik xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək göstərir.

Sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb.

İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir”,- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti