...

Kommunizm sözü dərsliklərdən silinsə də, onun modelləri kitablarda yaşayır - AMEA prezidenti

Cəmiyyət Materials 15 Dekabr 2023 12:04 (UTC +04:00)
Kommunizm sözü dərsliklərdən silinsə də, onun modelləri kitablarda yaşayır - AMEA prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosializm, kommunizm sözü dərsliklərdən çoxdan silinsə də, o dövrdə formalaşdırılmış modellər, sxemlər hələ də elmi-tədqiqat əsərlərində, orta məktəb kitablarında yaşamaqda davam edir.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu günə qədər orta və ali məktəblərdə keçirilən humanitar fənlərdə tarixin, cəmiyyətin dövrləşmə prosesində Marksın nəzəriyyəsi əsas götürülür.

"Əlbəttə, Marksın adı çəkilmir. Lakin "Tarix" kitablarında quldarlıq, ibtidai icma dövrü qədim dövr tariximiz, feodalizm dövrü orta əsr tariximiz, kapitalizm dövrü yeni dövr tariximiz, sosializm isə ən yeni dövr tariximiz kimi tədris olunur. Bunu heç kəs, o cümlədən, mən də inkar etmirəm. Marks nəzəriyyəsi Avropa ölkələri üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyətinin reallıqları dövrləri başqa formada təsvir olunmasını tələb edir.

Marks nəzəriyyəsi, tarixin belə dövrlərə bölünməsi müstəqil Azərbaycanın maraqlarına uyğun deyil. Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var və Akademiya olaraq buna başlamağı özümüzə borc bilmişik. Artıq Azərbaycan ədəbiyyatının dövrlərdə konspesiyası və inkişaf mərhələləri orta məktəbdə və akademik tədqiqatlarda əksini tapıb. Yeni inkişaf mərhələləri hazırlanarkən azərbaycançılıq prosesi, dünya sivilizasiyalarının inkişaf mərhələləri, dövlətçilik tarixi və real ədəbi prosesləri nəzərə alınıb. Hazırda Azərbaycan tarixinin inkişaf konsepsiyası və mərhələləri üzərində iş gedir. Azərbaycan incəsənətinin inkişaf mərhələləri müzakirə prosesindədir. Bunlar dərsliklərdə də öz əksini tapmalıdır", - deyə o bildirib.

Qeyd edək ki,Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının rəsmiləri, nazirlər, nazir müavinləri, deputatlar, qonaqlar, yüzlərlə müəllim iştirak edir.

Xəbər lenti

Xəbər lenti