...

Xaçmazda antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçularımız ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2023 19:19 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçularımız, Xaçmaz şəhər sakini, Mahmudov Nəsimi Feyruz oğlunu və Uzunoba kənd sakini, Məmmədov Fərid Faiq oğlunu yaşadıqları evdə ziyarət edib.
Trend xəbər verir ki, Elnur Rzayev qazilərimizi və ailə üzvlərini bayram münasibətilə təbrik edib, onların səhhəti və qayğıları ilə maraqlanıb. İcra başçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əsl qəhrəmanlıq göstərdiyini, hərbçilərimizin gücü, cəsarəti sayəsində düşmənin hər zaman məğlub olduğunu, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin qisaslarının alındığını, qanlarının yerdə qalmadığını bildirib.
Qazilərimiz onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Nəsimi Mahmudov lokal xarakterli antiterror tədbirlərdə əsgər, Fərid Məmmədov isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edib. Fərid Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdə göstərdiyi şücayətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Suqovuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti