...

Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir

Cəmiyyət Materials 30 Dekabr 2023 21:20 (UTC +04:00)
Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bugündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir.

Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti