...

Çox vaxt valideynlər qızılcanın karantin dövrü bitmədən uşaqları məktəbə göndərməyə çalışır - Pediatr

Cəmiyyət Materials 10 Yanvar 2024 15:50 (UTC +04:00)
Çox vaxt valideynlər qızılcanın karantin dövrü bitmədən uşaqları məktəbə göndərməyə çalışır - Pediatr
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qızılca zamanı karantin 21 gün davam edir. Lakin, çox vaxt valideynlər tələsir və karantin dövrü bitmədən uşaqları məktəbə və məktəbəqədər müəssisələrə göndərməyə çalışırlar.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva bildirib.

Onun sözlərinə görə, bir çox valideynlər bədən hərarəti normallaşıbsa, yeni səpgi elementləri qeyd olunmursa, artıq uşağı təcrid etməyin lazım olmadığını düşünürlər.

“Qeyd edim ki, bu çox yalnış fikirdir. Belə hallar xəstəliyin böyüklər və uşaqlar arasında daha çox yayılmasına və ciddi fəsadlara yol aca bilər. 21 gün tamam olduqdan sonra heç bir ağırlaşma qeyd olunmursa, uşaq artıq aktiv həyata qayıda bilər”, - deyə o bildirib.

Pediatr bildirib ki, piqmentli səpgisi olan xəstə artıq yoluxucu deyil, lakin bu, onun sağalması demək deyil.

"Bərpa və reabilitasiya müddəti 2-3 həftə, bəzən isə daha çox davam edir. Xəstəlik keçirdikdən sonra uşaq zəifləyir: iştahı zəifləyir və tez yorulur. Onun immun sistemi ən azı iki ay istənilən infeksiyaya son dərəcə həssas ola bilər. Bu baxımdan həmin şəxsləri lazımsız təmasdan, yüklənmədən, stresdən, hipotermiyadan və s.-dən qorumaq lazımdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti