...

Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 23 Yanvar 2024 18:09 (UTC +04:00)
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 23-ü saat 18:00-a olan məlumata əsasən Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi-aran, Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında da sulu qar, qar yağır.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-sı, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti