...

İri marketlərdə konfet və şokoladların istifadə tarixləri düzgün göstərilmir - Deputat

Cəmiyyət Materials 27 Fevral 2024 15:49 (UTC +04:00)
İri marketlərdə konfet və şokoladların istifadə tarixləri düzgün göstərilmir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı Trend:

İri marketlərdə satılan konfet və şokoladların istifadə tarixləri düzgün göstərilmir.

Trend-in məlumatına görə, bunu deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib.

K.Əliyeva təəssüf hissi ilə vurğulayıb ki, ən böyük marketlərdə kiloqramı 6 manatdan 70 manata qədər olan konfet və şokaladlar qablaşdırılmadan rəflərə yığılır və üzərinə nə istehsal, nə də istifadə müddətinin bitmə tarixi yazılır.

“Rəhbərliyə bu barədə irad bildirəndə isə içəridən hər hansı qutu gətirib üzərindəki tarix barədə məlumat verir. Bəzən də olur ki, alınan şokoladları iki yerə böləndə içərisindən həşərat çıxdığının şahidi oluruq. Buna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ciddi nəzarət etməlidir. Həmçinin, market sahiblərinə xüsusi göstəriş verilməlidir”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti