...

Deputat 1 manat 50 qəpiklik dönərlərdən danışdı - Əti haradan və neçəyə alırlar?

Cəmiyyət Materials 27 Fevral 2024 15:44 (UTC +04:00)
Deputat 1 manat 50 qəpiklik dönərlərdən danışdı - Əti haradan və neçəyə alırlar?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı Trend:

Ali təhsil müəssisələrinin qarşısında fəaliyyət göstərən dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir. Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir.

Trend-in məlumatına görə, bunu deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bundan başqa, dönərin çörəyi və ətin tərkibindəkilərin qiyməti də var.

“Belə çıxır ki, dönərin içərisindəki ət pulsuzdur. O zaman ortaya bir sual çıxır – “dönərxanalar əti haradan və neçəyə alır?!” Görəsən həmin obyektlərin sertifikatı varmı? AQTA buna nəzarət edirmi? Son zamanlar tələbələr arasında dönərdən zəhərlənmə hallarına rast gəlirik. Bu səbəbdən AQTA bu işə məsuliyyətlə yanaşmalı və nəzarət daha da güclənməlidir”, - deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti