...

Sabah paytaxtın bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 4 Mart 2024 20:59 (UTC +04:00)
Sabah paytaxtın bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Trend-ə “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti