...

Azərbaycan telekanalları yeni TV standartına keçir

Cəmiyyət Materials 15 Mart 2024 13:40 (UTC +04:00)
Azərbaycan telekanalları yeni TV standartına keçir
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

16 mart 2024-cü il tarixində gecə saat 01.00-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.

Audiovizual Şuradan Trend-ə verilən xəbərə görə, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.

Keçidin əsas məqsədi dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, ölkəmizdə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti