...

Bir məktəbin 16 şagirdi buraxılış imtahanında riyaziyyat fənnindən maksimum bal toplayıb

Cəmiyyət Materials 5 Aprel 2024 14:38 (UTC +04:00)
Bir məktəbin 16 şagirdi buraxılış imtahanında riyaziyyat fənnindən maksimum bal toplayıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin bu il buraxılış imtahanı verən 16 şagirdi riyaziyyat fənni üzrə maksimum nəticə (100 bal) göstərib.

Trend Elm və Təhsil Nazirliyinə istinadən həmin şagirdlərin siyahısını təqdim edir:

Alıyeva Nuray Nazir qızı
Həsənova Şəbnəm Rövşən qızı
Tağızadə Yusif Vüqar oğlu
Qurbanov Məhəmməd Habil oğlu
İsrafilov Murad Elçin oğlu
İmaməliyeva Fidan Ənvər qızı
Həsənova Zeynəb Etibar qızı
Müslümov Ülvi Əliyeviç
Həsənov Elcan Elçin oğlu
Məmmədli Məhəmməd Zaur oğlu
Vəliyev Ayxan Murad oğlu
Səmədova Ayşən Ramil qızı
Həsənov Ayxan Elxan oğlu
Abdullayev Elcan Rabil oğlu
Qurbanlı Emil Bəhmən oğlu
Hüseynov Məhəmməd Ziyəddin oğlu

Bu şagirdlərdən 13 nəfəri maksimal nəticəni əlavə hazırlığa getmədən toplayıb.

Eyni zamanda, Tağızadə Yusif Vüqar oğlu və Qurbanov Məhəmməd Habil oğlu ingilis dili fənni üzrə də buraxılış imtahanında maksimum nəticə (100 bal) göstərib.

Məlumat üçün bildirək ki, şagirdlərdən Alıyeva Nuray Nadir qızı Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə iki dəfə qızıl medal, İmaməliyeva Fidan Ənvər qızı isə kimya fənni üzrə iki dəfə gümüş medal qazanıb.

Ümumilikdə, sözügedən liseyin bu il buraxılış imtahanı verən 52 nəfər XI sinif şagirdindən 32-si 250-dən çox bal toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti